Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.
Sportal.az xəbər verir ki, bu gün Yunan-Roma güləşçisi İsmayıl Rzayev finala yüksəlib.
O, təsnifat mərhələsində israilli Omer Baraka 8:0, 1/8 finalda bolqarıstanlı Martin Şişekova tuşla, 1/4 finalda xorvatiyalı Antonio Lukaça 9:0 hesdabı ilə qalib gəlib. Rzayev yarımfinalda ermənistanlı Erik Motevosyanı 2:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.
Qeyd edək ki, final görüşü sabah keçiriləcək.
saytlarin hazirlanmasi