"Neftçi" qələbə ilə başladı. Türkiyədəki təlim-məşq toplanışında Super Liqa təmsilçisi "Alanyaspor"u 3:1 hesabı ilə məğlub etdi.
Roman Qriqorçukun siftəsi yaxşı gəldi. Açığı, belə oyunlarda nəticə önəmli deyil, hətta aldadıcı da ola bilər. Komandaların fərqli yüklənmə dövründə olması, meydanda fərqli tapşırıqlar yerinə yetirməsi və s. nüanslar səbəbindən hazırlıq dönəminin yoldaşlıq görüşlərində tez-tez gözlənilməz nəticələr də qeydə alınır.
Ona görə də, məsələ yalnız "Neftçi"nin qalib gəlməsində yox, Qriqorçukun artıq iş başına keçməsindədir. Uzun illərdi üzü gülməyən, avrokuboklarda qrup mərhələsi görməyən "Neftçi" azarkeşlərinin ukraynalı mütəxəssisə ümidləri böyükdür. Ona çox inanırlar, çünki bacarığına bələddilər.
Lakin Qriqorçukun gəlişindən sonra ortada dolaşan inamsız fikirlər də var. Əksəriyyət düşünür ki, ukraynalı uğurlu ola bilər, amma bir şərtlə ki, rəhbərlik ona işləməyə imkan versin. Yəni, inamsızlıq Roman Qriqorçuka yox, "Neftçi" rəhbərliyinədir.
Bu rəhbərlikdən o qədər yanlış qərarlar, o qədər naşı idarəçilik görüblər ki, klubun gələcək perspektivləri barədə ağızdolusu danışa bilmirlər, ehtiyat edirlər. Yəqin bir ilə iki əcnəbi məşqçi dəyişən, "Neftçi" tarixinin ən böyük büdcəsini istədikləri kimi dağıdan, avrokuboklara vəsiqə belə qazana bilməyən rəhbərlik əvvəlki səhvlərdən nəticə çıxarar.
Həmid
saytlarin hazirlanmasi