Renat Dadaşov "Hatayspor"a qayıdacaq? - klub rəsmisi açıqladı

13:49 - 23 İyul 2024

"Hatayspor"un idman direktoru Fatih Kavlak Sportal.az saytına açıqlama verib.

Türkiyəli mütəxəssis ötən mövsümü bu klubda icarə əsasında keçirmiş "Qrasshopper" və Azərbaycan millisinin forvardı Renat Dadaşova yenidən maraq göstərib-göstərməməklərindən danışıb.

Kavlak Renatla bağlı yeniliyin olmadığını deyib: 

"Hələ ki, Renat məsələsində dəyişiklik yoxdur. Üstəlik, türk dövlətləri ilə bağlı qayda dəyişdirilib. Yəni, türk dövlətlərindən oyunçu alsaq da, yerli kimi oynamayacak. Ötən mövsüm isə yerli kimi oynayırdılar. İndi iki xarici oyunçu transfer etmişik. Biri sağ cinah vingeri, digəri isə hücumçudur. İki nəfər də yerli futbolçudur. Ötən mövsüm bizim komandada idilər, onları yenidən komandaya dəvət etdik, biri sağ cinah müdafiəçisi, digəri sol cinah müdafiəçisidir. Transfer çalışmalarımız davam edir. Hələ ki, dəqiq bir şey yoxdur. Amma dəqiq olan odur ki, 5-6 futbolçu da alıb transferi başa vuracağıq. Kimlər olacağı isə dəqiq deyil, danışıqlar gedir". 

Xəbər xətti