İngiltərə nəhəngləri "Yuventus"un futbolçusunu transfer etmək istəyir

10:15 - 27 İyul 2024

"Yuventus"un futbolçusu Federiko Kyeza karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Tottenhem" italyan vingeri transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

London təmsilçisi 26 yaşlı on xətt oyunçusu üçün onun klubuna 30 milyon avro təzminat ödəməyə hazırdır.

"Liverpul" və "Arsenal"da İtaliya millisinin üzvü ilə maraqlanır. "Tottenhem"in transfer yarışında daha şanslı olduğu bildirilir.

Qeyd edək ki, Federiko Kyeza 2020-ci ilin yayından "Yuventus"da çıxış edir. O, ötən mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti