Səudiyyə Ərəbistanı klubları "Beşiktaş"ın gənc ulduzuna "elçi düşdü"

11:17 - 27 İyul 2024

"Beşiktaş"ın hücumçusu Semih Kılıçsoy karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Yatırım Fondu 19 yaşlı forvardı ölkə çempionatına transfer ediləcək oyunçuların siyahısına daxil edib. Bu barədə "Sky İtalia" məlumat yayıb.

Ərəb klublarının qısa müddət ərzində türk futbolçu üçün İstanbul klubu ilə danışıqlara başlayacağı bildirilir.

Qeyd edək ki, Semih Kılıçsoy "Beşiktaş"ın yetirməsidir. Gənc hücumçu "qara qartallar"ın əsas komandasının heyətində meydana çıxdığı 39 rəsmi matçda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti