"Neftçi" "Roma" və "Latsio"nun sabiq futbolçusu ilə danışıqlar aparır

11:34 - 27 İyul 2024

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Neftçi" heyətinə yeni legioner cəlb edə bilər.

Sportal.az Sport24.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" son mövsümü Portuqaliya təmsilçisi "Portimonense"də keçirən Mustafa Seki "rənglərinə bağlamağa" çalışır.

Seneqallı sol cinah müdafiəçi ilə danışıqlar davam edir. "Barselona"nın yetirməsi olan Mustafanın karyerası əsasən İtaliya ilə bağlıdı. 28 yaşlı futbolçu Apennin yarımadasında "Karpi", "Empoli", "Roma", "Latsio" kimi klublarda çıxış edib.

2020-ci ildə Portuqaliyaya üz tutan seneqallı "Leykoeş"lə anlaşıb.  İki il sonra, daha dəqiq desək, 2022-də isə azad agent kimi  "Portimonense" ilə müqavilə bağlayıb.

Qeyd edək ki, "ağ-qaralar" mövsümlərarası fasilədə Emil Səfərov, Edvin Kuç, Ramil Şeydayev və Robert Baueri heyətinə cəlb edib.

Xəbər xətti