Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı

12:37 - 27 İyul 2024

Paris-2024 Yay Olimpiya Oyunlarında cüdo yarışlarına start verilib.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan cüdoçusu Leyla Əliyeva mübarizəyə başlayıb. 48 kq. çəki dərəcəsində yarışan idmançımız 1/16 final mərhələsində özbəkistanlı Xalimajon Qurbanova ilə üz-üzə gəlib.

Leyla Əliyeva bu görüşdə rəqibinə 0:1 hesabı ilə məğlub olaraq Olimpiada mübarizəni elə ilk görüşdən sonra dayandırıb.

Qeyd edək ki, ilk mərhələdən azad olan Balabəy Ağayev isə (60 kq) turnirə 1/8 finaldan başlayacaq. O, Simon Zulu (Zambiya) - Von Jin Kim (Cənubi Koreya) cütünün qalibi ilə qarşılaşacaq.

Xəbər xətti