Fransanın paytaxtı Parisdə keçirilən Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan idmançısı Sənan Süleymanov yarımfinal görüşünə çıxıb. Güləşçimiz Qazaxıstanı təmsil edən Demeu Jadrayevə 1:6 hesabı ilə məğlub olub.

Sənan Süleymanov sabah Paris-2024-də bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.