Paris-2024: Sabah Şəriəti medalsız qaldı

23:09 - 6 Avqust 2024

Azərbaycanın Yunan-Roma güləşi üzrə milli komandasının üzvü Sabah Şəriəti bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında sonuncu görüşünə çıxıb.

Sportal.az xəbər verir ki, 130 kq. çəki dərəcəsində yarışan idmançımız bu gün bürünc medal uğrunda güləşib.

Sabah Şəriəti İran İslam Respublikasını təmsil edən Amin Mirzəzadə ilə qarşılaşıb. Güləşçimiz rəqibinə uduzaraq (0:4) medalsız qalıb.

Xəbər xətti