Təcrübəli futbol adamı inkişaf strategiyası hazırladı - AFFA isə əcnəbilərdən imdad umur

12:14 - 8 Avqust 2024

Futbolun inkişaf strategiyasının hazırlanması üçün AFFA ilə “Double Pass” və “McKinsey & Company” şirkətlərinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib. Prosesə yerli mütəxəssilərin cəlb olunması da qərara alınıb. 

Bu məqsədlə klub nümayəndələri, futbol adamlarına da öz təkliflərini yazılı şəkildə bildirmələri təklif olunub. Təcrübəli futbol adamı, "Dinamo" klubunun prezidenti Yaşar Seyidov bu sahədəki 30 illik təcrübəsinə əsaslanaraq futbolun inkişaf strategiyasını hazırlayıb. 

Yaşar bəy artıq strategiyanı AFFA-ya da göndərib. İnkişaf planında tək nəzəriyyəyə əsaslanan yox, həm də Azərbaycan futbolunun real imkanları ilə uzlaşan tələb və təkliflər ortaya qoyulub. Bu, çox həssas məsələdir. Çünki xarici şirkətlər futbolumuzun incəliklərini və reallıqlarını dəqiq bilmədikləri üçün daha çox nəzəriyyəyə söykənən plan hazırlayacaqlarsa, yerli mütəxəssislər bu işə mövcud vəziyyətdən çıxış edərək yanaşırlar. 

AFFA rəhbərliyinin əcnəbi sevdası yenə ön plana çıxmasa, Yaşar Seyidovun hazırladığı strategiyanın futbolumuzun inkişafına çox böyük faydası dəyə bilər. Təəssüf ki, söhbətin AFFA-dan getməsi ümidləri azaldır. Əksər sahələrə əcnəbiləri urcah eləməklə tanınan qurum rəhbərliyi çətin ki, yerli mütəxəssislərin gördüyü işə dəyər versin. 

Həmid

Xəbər xətti