Bu gün Azərbaycanın sərbəst güləşçilərindən Turan Bayramov Paris-2024 yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
Sportal.az xəbər verir ki, 74 kq çəkidə yarışan Avropa çempionatlarının gümüş və bürünc mükafatçısı T.Bayramov (23 yaş) 1/8 finalda Albaniyanı təmsil edən gənclər arasında dünya çempionu Çermen Valiyevlə (25) qarşılaşıb.
T.Bayramov 3:4 hesabı ilə uduzub. Çermen Valiyev daha sonra 1/8 finalda uduzduğu üçün Turan Bayramov bürünc medal şansını da itirib.
saytlarin hazirlanmasi