Olimpiya Oyunlarında güləş yarışlarına yekun vurulub.
Sportal.az xəbər verir ki, bu gün Maqomedxan Maqomedov (97 kq) ölkəmizə sonuncu medalı qazandırıb.
Təmsilçimiz bürünc medal uğrunda görüşdə ukraynalı Murazi Mçelidzeylə qarşılaşıb. Rəqibinə tam üstünlüklə (10:0) qalib gələn Maqomedxan Olimpiadada üçüncü yeri tutub.
Xatırladaq ki, daha öncə yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçimiz Giorgi Meşvildişvili (125 kq) Paris-2024-də eyni uğura imza atıb.
Beləliklə, güləşçilərimiz Olimpiya Oyunlarını 3 bürünc medalla başa vurub.
saytlarin hazirlanmasi