Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

21:15 - 20 Avqust 2024

İordaniyanın Amman şəhərində güləş üzrə U-17 dünya çempionatına start verilib.

Sportal.az xəbər verir ki, əvvəlcə 48, 55, 65, 80 və 110 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizəyə başlayıb.

Azərbaycan güləşçisi Əmrah Əmrahov (48 kq) ukraynalı Boqdan Makarovetsə 3:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda iranlı Armin Şamsipourhacıya uduzub – 0:8. Əmrah təsəlliverici görüşdə bolqarıstanlı Kaloyan İvanova 9:0 hesabı ilə qalib gəlib. Əmrahov qazaxıstanlı Yedige Toleutayevi də 3:1 hesabıyla üstələyərək dünya üçüncüsü olub.

Əli Nəzərov (55 kq) startda gürcüstanlı David Qabedavadan güclü olub – 5:3. Ancaq 1/4 finalda amerikalı Ceyden Raneyə (3:4), təsəlliverici görüşdə isə özbəkistanlı Sərdar Xolmurzayevə (3:10) məğlub olub.

Emil Abdullayev (65 kq) serbiyalı Balaz Ujheljiyə (4:1) və misirli Mohamad İbrahimə (4:1) qalib gələrək yarımfinala yüksəlib. Emil finalın bir addımlığında ukraynalı Vladislav Pokotilo ilə görüşdə uduzub – 1:4. Abdullayev bürünc medal uğrunda qarşılaşmada isə rusiyalı Cəbrayıl Umxadjiyevlə bacarmayıb – 4:9.

Orxan Hacıyev (80 kq) çinli Jeyinq Sonqla (10:1) qırğızıstanlı Joomart Aşimova (tuş) tam üstünlüklə qalib gəldikdən sonra ermənistanlı Arame Arakelyanı üstələyiib – 7:1. Orxan yarımfinalda qazaxıstanlı Yerkebulan Anapiya ilə qarşılaşıb. Həmyerlimiz son saniyələrdə qələbəni əldən verib – 6:8. Hacıyev bürünc medal uğrunda görüşdə isə ukraynalı Vladislav Solodçuka 6:9 hesabıyla uduzub.

Abdullah Həsənov (110 kq) debütdə ermənistanlı Seyran Kirakosyana məğlub olub – 0:4.

Xəbər xətti