Azərbaycan yığması Türkiyə ilə bərabərə qaldı

16:23 - 12 Sentyabr 2024

Türkiyədə təlim-məşq toplanışında olan 17 yaşadək (U-17) futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoxlama görüşünü keçirib.

Sportal.az xəbər verir ki, komandamız hazırlıq çərçivəsində Türkiyənin U-17 komandası ilə qarşılaşıb.

Kocaelidəki "Darıca" stadionunda keçirilmiş görüş 0:0 hesabı ilə başa çatıb. 

Sentyabrın 9-da təşkil edilmiş ilk görüşdə isə Türkiyə 4:0 qalib gəlmişdi.

Xəbər xətti