"Qarabağ"ın rəqibi 3 xalı 3 qolla qazandı

11:08 - 7 Oktyabr 2024

Futbol üzrə Niderland çempionatında 8-ci turun görüşləri keçirilib.

Sportal.az xəbər verir ki, Avropa Liqasında "Qarabağ"ın rəqibi olan "Ayaks" doğma meydanda "Qroningen"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

6 oyun keçirən "Ayaks" 13 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Ayaks" Avropa Liqasının Liqa fazası çərçivəsində oktyabrın 24-də Bakıda "Qarabağ"ın qonağı olacaq.

Xəbər xətti