"Real" istədi, İngiltərə klubunda qaldı

18:46 - 7 Oktyabr 2024

"Aston Villa”nın forvardı Con Duran "Real"a keçəsi olmayıb.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Madrid klubunun transfer etmək istədiyi 20 yaşlı hücumçu İngiltərə klubu ilə müqavilə müddətini artırıb.

Kolumbiyalı 2030-cu il iyunun 30-na qədər Birmingem klubunda qalacaq.

"Aston Villa"nın futbolçusu bütün turnirlər daxil olmaqla 10 görüşdə 6 qol vurmağı bacarıb.

Duran "Envihado", "Çikaqo Fayrd"da oynadıqdan sonra 2023-cü ildə "Aston Villa"ya keçib.

Xəbər xətti