Millimiz Bosniya və Herseqovina ilə qarşılaşacaq

16:53 - 7 Oktyabr 2024

AVRO-2026-ya hazırlıq məqsədi ilə futzal üzrə Azərbaycan millisi noyabrda 2 yoldaşlıq oyunu keçirəcək.

Sportal.az xəbər verir ki, komandamız bu dəfə Bosniya və Herseqovina yığması ilə üz-üzə gələcək.

Oyunlar noyabrın 4-də və 5-də Zenica şəhərində yerləşən Huseyn Smayloviç adına Arenada, yerli vaxtla saat 19:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində İsveç, Xorvatiya və Yunanıstanla bir qrupda yer alıb.

Xəbər xətti