"Zirə" bu legioneri buraxmayacaq - müqavilə müddəti artırılacaq

14:48 - 7 Oktyabr 2024

"Zirə" əsas legionerlərini buraxmaq fikrində deyil. Belə ki, qəsəbə təmsilçisi aparıcı üzvləri ilə müqavilə müddətini artırmağı planlaşdırır.

Sportal.az saytına verilən məlumata görə, “Zirə” Pyer Zebli ilə işbirliyinə davam etmək istəyir. Belə ki, məşqçilər korpusu da Zeblinin performansındna razıdır.

Onunla müqavilə müddətinin bir illik artırılacağı gözlənilir.

27 yaşlı yarımmüdafiəçi “İnter”, “Peruca”, “Genk”, “Askoli”, “Kattolika”, “Tsarska Çelo”, “Lokomotiv”(Plovdiv) klublarında oynadıqdan sonra 2023-cü ildə “Zirə”yə keçmişdi.

Xəbər xətti