"Malmö"nün üzvü "Qarabağ"la matç haqda: "Sürpriz deyildi, çünki biz də yaxşı komandayıq"

15:50 - 7 Oktyabr 2024

"Malmö"nün müdafiəçisi Yens Striger Larsen Sportal.az saytına açıqlama verib.

Danimarkalı futbolçu Avropa Liqasında "Qarabağ"a qarşı keçiriləcən görüşü barədə fikirlərini bildirib. 

O, Bakıda qazandıqları qələbə haqda bunları deyib:

"Qarabağ"la görüşdə qalib gəldiyimiz üçün şadam. Açığı, Bakıda bizim üçün vacib olan qələbə əldə etdik. Lakin çətin oldu. Meydanda əsl mübarizə getdi, ancaq sonda qələbə qazanmağı bacardıq. Oyunun çətin keçməsinin səbəbi "Qarabağ"ın çox yaxşı komanda olmasıdır. Doğrudur, ilk turda "Reyncers"ə qarşı oyun da asan alınmamışdı. Amma bu iki oyun arasında müqayisə apara bilməyəcəm. "Qarabağ" nə qədər güclü komanda olsa da, Bakıya qələbə üçün yollanmışdıq. Amma bu matçdakı qələbə sürpriz deyildi. Çünki biz özümüz də yaxşı komandayıq. Artıq qarşıdakı matçları düşünəcəyik".

Qeyd edək ki, "Qarabağ" Bakıda "Malmö"yə 1:2 hesabı ilə uduzub. Azərbaycan çempionu növbəti görüşünü bu ayın 24-də "Ayaks"a qarşı keçirəcək.

Mirbağırağa

 

Xəbər xətti