Milli komandamızın üzvü üç həftə oynamayacaq

19:22 - 7 Oktyabr 2024

Zədə səbəbindən Azərbaycan millisinin düşərgəsini tərk edən “Sabah”ın kapitanı Elvin Camalovun durumuna aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, Camalov  təkcə milli komandanın qarşıdakı oyunlarını deyil, həm də Misli Premyer Liqasının 10-cu turunun da görüşünü buraxmalı olacaq.

O, Misli Premyer Liqasının 9-cu turunun “Araz-Naxçıvan”la oyunun (1:1) 74-cü dəqiqəsində zədələnərək üç həftəlik sıradan çıxıb.

Camalovun dirsək nahiyəsində sınıq aşkar edilib.

Xəbər xətti