"Neftçi" ilə matçda hər şey istədiyimiz kimi alınmadı, amma vacib qələbə qazandıq"

17:56 - 7 Oktyabr 2024

“Neftçi” ilə görüşdə yaxşı oynadıq, uğurlu nəticə qazandıq. Düzü, hər şey istədiyimiz kimi də alınmadı. Çünki çoxlu qollar buraxdıq.Amma əsas odur ki, qələbə qazandıq. Bizim üçün vacib qələbə idi”.

Bu sözləri Sportal.az saytına açıqlamasında “Kəpəz”in belaruslu müdafiəçisi Yeqor Xvalko deyib. Gəncə klubunun kapitanı komandasının Misli Premyer Liqasının 9-cu turunda “Neftçi” üzərində 4:2 hesabı ilə qazandıqları qələbəni şərh edib.

O, bu qələbə sayəsində işlərin qaydasına düşdüyünü və əvvəlki kimi məğlubiyyətlərin olmayacağını deyib:

"Məncə, bundan sonra rəqabət apara biləcəyik. Əvvəlki kimi olacağını düşünmürəm. Yaxşı komandamız olduğunu meydanda göstərdik. Qarşıdakı turda “Qarabağ”la qarşılaşacağıq. Təbii ki, rəqibimiz güclüdür. Amma hər matçda xal qazanmaq olar. Onların heyəti daha da güclüdür. Milli fasilədədir. Hazırlaşacağıq".

Xəbər xətti