Emin Mahmudov ətrafında baş verənlərə baxanda, adamın inanmağı gəlmir ki, bütün bunlar bir neçə ay əvvələ qədər həm millimizin, həm də ölkəmizin ən yaxşı futbolçusunun başına gəlir.
Əvvəlcə "Nefçi"də kapitanlıq sarğısı əlindən alındı. O gün Estoniya ilə oyundan sonra bilindi ki, millinin kapitan bazubəndi də daha onluq deyil.
Bu yerdə Böyükxan Pərvizin şeirindən bir parça yadıma düşdü:
Harda qaçıb gizlənirəm,
soraq-soraqnan gəlir.
Dərd bizə qonaq gələndə,
arvad-uşaqnan gəlir.
Əslində, onun indiki durumunda milliyə çağırılması da sual altında idi. Santuş "Neftçi"də oynamamağını səbəb gətirib Emini yığma komandaya çağırmaya da bilərdi. Lakin onu kənarda qoymadı, ölkənin əsas komandasına dəvət etdi. Amma kapitanlıq sarğısını əlindən aldı.
Emin itirə-itirə gedir. Sarğısını itirdi, heyətdə yerini itirdi, formasını da itirməkdədir... Estoniya ilə oyunda meydana sonrada girən Mahmudov xeyli top itkisə yadda qaldı.
Uzun illərdi millimizi arxasınca aparan, əsl kapitanlıq eləyən adamın düşdüyü duruma üzülməmək olmur. Ümid ona qalıb ki, "Neftçi"yə yerli məşqçi gələr, ona həm kapitanlıq sarğısını, həm də heyətdə yerinə qaytarar.
Həmid
saytlarin hazirlanmasi