Kamerun millisinin və “Bavariya”nın sabiq hücumçusu Erik Çoupo-Motinq MLS-də çıxış edəcək.
Sportal.az xəbər verir ki, təcrübəli hücumçu “Nyu-York Red Bulz” klubunda oynayacaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçu tibbi müayinədən keçib. O, ABŞ klubu ilə iki illik müqaviləyə qol çəkib.
Çupo-Motinq 2024-cü ilin yayında "Bavariya"dan ayrıldıqdan sonra azad agent statusu daşıyırdı. 35 yaşlı hücumçu “Hamburq”, “Nürnberq”, “Maynts”, “Şalke”, “Stok Siti”, PSJ, “Bavariya klublarında oynayıb.