"Napoli" mövsümün sonunda Vanja Milinkoviç-Saviçi transfer etməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, "Sky Sports"un məlumatına görə neapollular 28 yaşlı "Torino" qapıçısını almaq niyyətindədir, baxmayaraq ki, onlar Aleks Meretin müqaviləsini "2+1" sxeminə əsasən uzatmağın astanasındadırlar. Beləliklə, "Napoli" növbəti mövsümdə iki əsas qapıçıya sahib olmağı planlaşdırır.
Qeyd edək ki, cari mövsümdə Milinkoviç-Saviç bütün turnirlərdə 33 oyunda iştirak edib, 10 dəfə qapısını toxunulmaz saxlayıb və Avropanın Top-5 liqasında ən çox - 4 penalti dəf edən qapıçı olub.
saytlarin hazirlanmasi