“İmişli” ilə oyunu izlədim, “Neftçi”nin buraxdığı qollara baxdım. Nə deyim... “Neftçi”nin daha aqressiv mərkəz müdafiəçilərinə ehtiyacı var. Uşaq kimi qollar buraxdılar, komandanın səsi yox idi. Təəssüf “Neftçi”nin müdafiə xəttinə lider lazımdır.”.
Bu sözləri Sportal.az saytına açıqlamasında “Neftçi”də 5 ilə yaxın futbol oynamış Erik Fabian Ramos deyib.
O, “Neftçi” rəhbərliyinin Samir Abasovu istefaya göndərməsinə də münasibət bildirib:
“Bəli, Samir Abasovla yolların ayrıldığını da gördüm. Baş məşqçi hər zaman günahkar hesab edilir. “Neftçi” indi Xosep Qvardiolanı da gətirsə, uduzacaqlar. Çünki ümumi vəziyyət yenə də çətindir. Amma ümid edirəm ki, “Neftçi”də nəticələr daha yaxşı olacaq, komanda istədiyi yerlərə yüksələ biləcək”.
Ramos “Neftçi”nin formasını geyinən həmyerlisi, Luiz Ortiz barədə isə qısa danışıb: “Ortiz haqda hər zaman pozitiv fikirdəyəm. Amma təəssüf ki, “Neftçi”də az-az oynayır. Ona görə də, onun “Neftçi”dəki performansına qiymət vermək çətindir”.
Mirbağırağa
