"Barselona"nın müdafiəçisi Ronald Arauxo La Liqanın 14-cü turunun "Alaves"lə matçında iştirak etməyəcək.
Sportal.az xəbər verir ki, bu qərarı komandanın baş məşqçisi Hans Flik verib. Məlumatı İspaniya mətbuatı yayıb.
Uruqvaylı futbolçu Çempionlar Liqası Liqa mərhələsinin 5-ci turunun "Çelsi" ilə oyununda qırmızı vərəqə aldıqdan sonra depressiyaya düşüb. 26 yaşlı mərkəz müdafiəçisi komandanın son iki məşqində iştirak etməyib.
Qeyd edək ki, Ronald Arauxo bu mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 15 rəsmi matçda 2 qol vurrub. Onun klubla müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi
