Komanda yoldaşına şillə vuran futbolçunun apellyasiya şikayəti rədd edildi

23:19 - 28 Noyabr 2025

“Everton”un baş məşqçisi Devid Moyes bildirib ki, Premyer Liqada “Mançester Yunayted”lə oyunda (1:0) meydandan qovulan yarımmüdafiəçi İdrissa Geyenın qırmızı vərəqəsinə edilən apellyasiya rədd edilib.

Sportal.az xəbər verir ki, Geye komanda yoldaşı Maykl Kinə sillə vurduğu üçün qırmızı vərəqə almışdı. Bu, müdafiəçinin ötürməsinə reaksiya verməyib, “Everton”un qapısında təhlükəli vəziyyət yaratmasına səbəb olmasından sonra baş vermişdi. Futbolçuları meydandakı digər komanda yoldaşları ayırmışdı.

Moyes həmçinin bildirib ki, apellyasiyanın niyə rədd edildiyi barədə “Everton”a heç bir səbəb göstərilməyib.

Xəbər xətti