“Atalanta”nın yarımmüdafiəçisi Edersonu təmsil edən agent Andre Kyuri futbolçunun gələcəyi və onun “Barselona” sisteminə necə uyğunlaşacağı barədə danışıb. Braziliyalının İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir.
Sportal.az xəbər verir ki, Kyuri "Cadena SER"ə açıqlamasında bunları qeyd edib:
“Ederson “Barselona”nın sisteminə çox yaxşı uyğunlaşa bilər, çünki fiziki hazırlığı və dözümlülüyü yüksəkdir. Bu, yaxşı fürsətdir, çünki onun müqaviləsinin sonu yaxınlaşır. “Atalanta” böyük təkliflərə baxmayaraq, onu satmaq istəmirdi. Düşünürəm ki, transfer ya qışda, ya da yayda baş tutacaq.
“Atalanta” çox pul istəyirdi – 60–75 milyon avro. Müqavilənin bitməsinə yaxınlaşdığı üçün qiyməti yarıbayarı – 30–40 milyon avroya endirə bilərlər. Amma o, möhtəşəm futbolçudur, Avropada öz mövqeyində statistik göstəricilərə görə ən yaxşılar arasındadır."
saytlarin hazirlanmasi
