Bu gün Misli Premyer Liqasında 13-cü turun daha bir oyunu Şamaxıda keçirilib.

Sportal.az xəbər verir ki, “Şamaxı” “Sumqayıt”ı qəbul edib.

"Kimyaçılar" görüşün son dəqiqələrində vurduqları iki qolla rəqibi məğlubiyyətə uğradıb.