“Real”ın hücumçusu Kilian Mbappe La Liqa matçında “Atletik”ə (3:0) iki qol vuraraq 2025-ci ildə Madrid klubundakı 54-cü və 55-ci qollarını hesabına yazdırıb.
Sportal.az xəbər verir ki, Mbappe “Real”da bir təqvim ili ərzində qol rekordu baxımından Kriştiano Ronaldodan 4 qol geri qalır. Portuqaliyalı 2013-cü ildə 59 qol vurmuşdu.
Qeyd edək k, cari ilin sonuna qədər “Real”ın hələ dörd oyunu qalıb – “Selta”, “Mançester Siti”, “Alaves” və “Sevilya” ilə.
saytlarin hazirlanmasi
