"Barselona" müqaviləsi mövsümün sonunda başa çatan Erik Qarsiyanı komandada saxlayacaq.
Sportal.az xəbər verir ki, La Liqa nəhəngi ispaniyalı mərkəz müdafiəçisi ilə yeni sözləşmə imzalayacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq Qarsiya ilə razılıq əldə olunub. 24 yaşlı futbolçu ilə yaxın günlərdə 5 illik yeni müqavilə imzalanacaq.
Qeyd edək ki, Erik Qarsiya "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
