Türkiyənin "Beşiktaş" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Aston Villa"dan Yasin Özcanı satınalma bəndi ilə icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyəli futbolçu mövsümün ikinci yarısını "qara qartallar"ın heyətində keçirəcək. 19 yaşlı mərkəz müdafiəçisi artıq yeni komandası ilə ilk məşqinə çıxıb.
Qeyd edək ki, "Aston Villa" Yasin Özcanı 2025-ci ilin yayında "Kasımpaşa"dan 7 milyon avroya transfer edib. Türkiyə U-21 millisinin üzvü mövsmümün ilk yarısında icarə əsasında "Anderlext"in formasını geyinib.
saytlarin hazirlanmasi
