Qurban Qurbanov - 48!

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətar gündü. Ölkə futbolunun ən uğurlu simalarından biri, məşqçi kimi bir çox ilklərə imza atan mütəxəssisin 48 yaşı tamam olur.

 

Futbolçu kimi Azərbaycan millisinin ən yaxşı bombardiri olan Qurbanovun məşqçilik karyerası daha parlaqdı. İlk iş yeri olan "Neftçi"də ölkə çempionatının gümüş medalına yiyələnən mütəxəssis komanda ilə UEFA kubokunda çıxış edib. Onun sonrakı uğurları isə "Qarabağ"la bağlıdı. Əvvəlcə 2009-cu ildə Ağdam klubu ilə ölkə kubokunu qazanan Qurbanov daha sonra bu kolleksiyaya daha ikisini əlavə etdi. Mütəxəssis kubokdan əlavə, komandanı ardıcıl 6 dəfə Azərbaycan çempionluğuna daşıyıb.

 

Qitəmiqyaslı yarışlarda da uğurları sıralayan Qurbanov ardıcıl 3 dəfə komandasını Avropa Liqasının qrup mərhələsinə yüksəltdi. 2017/18 mövsümündə isə təcrübəli mütəxəssis "Qarabağ"la Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla ölkə futbolunda yeni tarix yazdı. Onun komandası Avropa Liqasının 2018/19 və 2019/20  mövsümlərində də qrup mərhələsində oynamaqla qitəmiqyaslı yarışların əsas mərhələsində mübarizə aparmaq ənənəsini pozmadı.

 

Qurban Qurbanovu təbrik edir, ona bundan sonrakı həyatında və karyerasında uğurlar arzulayırıq.

Tarix: 13 Aprel [11:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
31 May 2020
30  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio