İbrahim Şehiçin yeni klubu bəlli oldu

Türkiyə Super Liqasına vəsiqə qazanan "Ərzurumspor"la müqaviləsi başa çatan İbrahim Şehiç komandadan ayrılıb.

 

Sportal.az xəbər verir ki, bosniyalı qapıçı Super Liqaya yüksələn digər klub "Hatayspor"la anlaşıb. Klub tezliklə transferi açıqlayacaq.

 

Şehiç ötən mövsüm keçirdiyi 34 oyunda 26 top buraxıb, 16 görüşdə isə qapısını toxunulmaz saxlayıb.

 

31 yaşlı qapıçı 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, Ağdam klubundan ayrıldıqdan sonra "Ərzurumspor"a keçmişdi. 

 

Tarix: 7 Avqust [00:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Sentyabr 2020
18  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio