Arkadiuş Milik Fransa klubuna keçir

15:26 - 18 Yanvar 2021

Fransanın "Marsel" klubu İtaliya təmsilçisi "Napoli"nin oyunçusu Arkadiuş Miliki heyətinə qatmağa hazırlaşır.

 

Sportal.az "RMC Sport"a istinadla xəbər verir ki, Liqa 1 təmsilçisi polşalı hücumçunu icarəyə götürmək üzrədir. "Marsel" 26 yaşlı futbolçunu 8+3,5 milyon avro qarşılığında transfer etmək hüququna malik olacaq.

 

Yaxın 2 gün ərzində transferin rəsmiləşəcəyi gözlənilir.

 

"Napoli" Miliki 2016-cı ildə "Ayaks"dan 32 milyon avroya transfer edib.

Xəbər xətti