Kaxaber Sxadadze "Sumqayıt"ın təklifindən niyə imtina edib?

Aleksey Baqa ilə yollarını ayıran "Sumqayıt" Samir Abasovla rəsmi müqavilə imzalayıb.

Sportal.az saytına daxil olan məlumata görə, baş məşqçi postuna ən real namizəd Kaxaber Sxadadze olub.

Əldə edilən məlumata görə, klub rəhbərliyi gürcü mütəxəssisi ölkəmizə geri qaytarmağa israrlı imiş.

Hətta Sxadadze ilə maddi məsələlərdə də narazılıq yaranmayıb.

"Sumqayıt" rəhbərliyi təcrübəli məşqçiyə istədiyi məbləği təklif edib.

Onun geri qayıtmaması maddi məsələlərlə bağlı olmayıb. Məsələ burasındadır ki, komandanın hazırki durumu, aktivində cəmi üç xalın olması ilə yanaşı heyəti də özünün komplektləşdirmədiyinə görə, gürcü mütəxəsissi "kimyaçılar"ın təklifindən imtina etməli olub.

Tarix: 26 Sentyabr [16:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 Dekabr 2022
6  Dekabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio