Ərəblər "Barselona"nın transferinə əngəl olur

19:57 - 21 May 2026

​"Barselona"nın "Əl-Hilal"dan icarəyə götürdüyü müdafiəçi Joan Kanselunu heyətində saxlaması çətin olacaq.

Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu portuqaliyalı futbolçunun yenidən icarəyə verilməsinə razılıq vermək istəmir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

"Əl-Hilal" rəhbərliyi danışıqlar zamanı  La Liqa nəhənginə təzyiq göstərmək üçün digər Avropa çempionatlarının təmsilçilərinin oyunçuya olan marağından istifadə etmək niyyətindədir.

31 yaşlı sağ cinah müdafiəçisinin özü daimi əsasda Kataloniya təmsilçisinin düşərgəsinə köçmək istəyir. Baş məşqçi Hans-Diter Flik isə artıq rəhbərlikdən müdafiənin hər iki cinahında oynamaq qabiliyyətinə malik olan Kanselunun transfer edilməsini xahiş edib.

Xəbər xətti