Argentina millisinin üzvü "Çelsi"yə keçir

11:18 - 23 May 2026

"Strasbur"un yarımmüdafiəçisi Valentín Barko karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Çelsi" argentinalı oyunçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb

21 yaşlı futbolçu iyulda London təmsilçisinin düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, Valentín Barko 2025-ci ilin fevralında "Brayton"dan "Strasbur"a keçib. Argentina millisinin üzvü başa çatan mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti