Şeydayev oynadı, komandası qələbə qazandı

22:19 - 20 Avqust 2026

Rusiya Milli Futbol Liqasında 7-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin çıxış etdiyi "Soçi" səfərdə "Nefteximik"in qonağı olub. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ramil Şeydayev matçın 67-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, bu nəticədən sonra "Soçi" 13 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb.

Xəbər xətti