"Çelsi"nin futbolçusu "Atletiko"nun hədəfində

23:07 - 20 Avqust 2026

Nikolas Cekson “Atletiko”ya keçə bilər.

Sportal.az “Marca” nəşrinə istinadən xəbər verir ki, Madrid klubunun idman direktoru Mateu Alemani hücumçunun icarə transferini müzakirə etmək üçün Londona gedib. “Atletiko”nun hücum xəttini gücləndirmək üçün bir neçə variantı olsa da, Cekson hazırda üstünlük verilən namizədlərdən biridir.

“Atletiko” mümkün razılaşma halında “Çelsi”nin futbolçunun maaşının bir hissəsini ödəməsini istəyir. Məlumata görə, həm London klubu, həm də Cekson özü Madridə keçid variantına müsbət yanaşır.

Cekson ötən mövsümü icarə əsasında “Bavariya"da keçirib və 34 oyunda 11 qol vurub. “Atletiko”nun marağı xüsusilə Aleksandr Sörlotun zədəsindən sonra artıb.

Xəbər xətti