Premyer Liqa klubu müdafiəçini İtaliyada tapdı

00:23 - 21 Avqust 2026

"Aston Villa" “Arsenal”a keçməyə yaxın olan müdafiəçi Ezri Konsanı əvəzləmək üçün variant axtarır.

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, Birmingem klubu Fikayo Tomori ilə maraqlanır. Tomori hazırda "Milan"da çıxış edir. Daha əvvəl “Milan”ın yeni baş məşqçisi Ruben Amorim 28 yaşlı müdafiəçiyə onu planlarında görmədiyini bildirib.

Bundan əlavə, “Aston Villa” Taylor Harvood-Bellisi transfer etməyə cəhd göstərib, lakin "Soutqempton" bu təklifi rədd edib.

Məlumata görə, Birmingem klubunun Çempionşip təmsilçisinə 24 yaşlı müdafiəçi üçün təklifi 18 milyon funt-sterlinq civarında olub.

Xəbər xətti