"Gəncəbasar"ın baş məşqçisi bəlli oldu

15:10 - 21 Avqust 2026

Bu gün I Liqada mübarizə aparan "Gəncəbasar" klubunun təqdimat tədbiri olub.

Sportal.az xəbər verir ki, tədbirdə komandanın baş məşqçisinin kim olacağı açıqlanıb. Belə ki, bölgə təmsilçisini Elhad Naziri çalışdıracaq.

Tədbirdə çıxış edən mütəxəssis:

"Klub rəhbərliyindən təklif gəldi, oturduq-danışdıq. Klubun planları haqda rəhbərliklə danışığımız oldu. İlk hədəfimiz daha yuxarı pillələr üçün oynamaq, çempionluq idi. Sadəcə vaxt baxımından, futbolçuların yığışması baxımından problem yarandı. Planımız odur ki, gənclərdən ibarət yaxşı komanda quraq. Yaxşı "Gəncəbasar" görəcəksiz. Gəncləri Azərbaycan futboluna qazandırmaq istəyirik".

Qeyd edək ki, I Liqada mübarizə aparan "Cəbrayıl"ın sahibi dəyişdikdən sonra klubun adı "Gəncəbasar" olub.

Xəbər xətti