"Real";n baş məşqçisi Joze Mourinyu Rodrinin "Mançester Siti"dən "kral klubu"na baş tutmayan transferi haqqında fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis komandasının yarımmüdafiə xəttində probleminin olmadığını bildirib:
"Rodrinin transferi təcili ehtiyac deyildi. Bu heyətdə çatışmazlıq yoxdur. O, daha çox tortun üzərindəki albalı olardı. Bizdə Çuameni, Kamavinga, Valverde, Bernardu var, Arda da zamanla bu mövqedə oynaya biləcək".
Daha əvvəl "Real" Rodriyə maraq göstərmiş və onun keçid şərtlərini razılaşdırmağa çalışmışdı. Nəticədə ispaniyalı yarımmüdafiəçi "Mançester Siti"ni tərk edərək "Barselona" ilə 4 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi
