Dopinq cəzası başa çatan Mixaylo Mudrik Premyer Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Lids Yunayted" "Çelsi"nin futbolçusunun xidmətində maraqlıdır. Bu barədə "TalkSport" məlumat yayıb.
Lids təmsilçisi ukraynalı vingeri icarəyə götürmək istəyir. "Lids Yunayted" 26 yaşlı oyunçu üçün onun klubu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, "Çelsi" Mixaylo Mudriki 2023-cü ilin yanvarında "Şaxtyor"dan 70 milyon avroya transfer edib. 25 yaşlı oyunçu 2024-cü ilin dekabrında antidopinq qaydalarını pozduğu üçün futboldan uzaqlaşdırılmışdı.
saytlarin hazirlanmasi
