Azərbaycan milli komandasının qapıçısı Emil Balayev UEFA Millətlər Liqasının D divizonunun 5-ci turunda Lixtenşteyn üzərində 0:1 hesablı qələbə haqda danışıb.
Sportal.az xəbər verir ki, "CBC Sport"a müsahibə verən Balayev millinin Vadutsdakı qalibiyyətini şərh edib:
"Hər bir komanda yoldaşıma təşəkkür edirəm. Bu oyuna çox məsuliyyətli yanaşdıq, meydana 100 faiz konsentrasiya ilə çıxdıq. Düzdür, minimalhesablı qələbə oldu. Ancaq daha çox qol vurmaq istəyirdik. Ən önəmlisi üç xal qazanmaq idi. Bakıda Litva ilə oyunda çox şeyi həll etmişdik, amma Vadutsda hər şeyi həll etdik. Bu qrupda ən təəssüfləndirən oyuna gəldikdə, Lixtenşteynlə Bakıda görüşdən sonra Litva ilə oyuna qədər üç gün bizim üçün asan keçmədi. Çünki basqı var idi, bu da anlaşılandır. Mediada, hər yerdə bu haqda danışılrdı, biz də bunu başa düşürdük. Həmin dönəmi geridə qoymaq heç də asan olmadı. Lakin komandamız üç gün ərzində toparlandı. Milli üzvləri bu məsuliyyəti dərk etdik, Litvanı məğlubiyyətə uğratdıq. Çətin dönəm həmin o üçgün idi. Özümüzdə güc tapıb, qələbə qazanadıq".
saytlarin hazirlanmasi

