Vinisius Səudiyyə Ərəbistanı klublarının təklifini rədd etdi

13:48 - 10 Aprel 2025

"Real"(Madrid) və Braziliya millisinin vingeri Vinisius Junior Səudiyyə Ərəbistanı klublarından gələn çox cəlbedici təklifləri rədd edib.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Vinisius Madrid təmsilçisi ilə müqavilə müddətini artırmaq niyyətindədir.

Səudiyyəlilərin Vinisiusa illik 200 milyon avro dəyərində 5 illik müqavilə təklif etdiyi bildirilir. Amma braziliyalı belə uzunmüddətli müqavilə imzalamağa hazır deyildi.

Vinisius 2-3 illik təklifi nəzərdən keçirmək istəyirdi. Lakin Səudiyyə Ərəbistanı klubu belə şərtlərlə razılaşmayıb. 24 yaşlı cinah hücumçusu hazırda “Real”la müqavilə müddətini 2-3 illik artırmağa yaxındır.

24 yaşlı futbolçu 2018-ci ildən "Real"da oynayır.

Xəbər xətti