Oqtay Abdullayev: "Tovuz sakinləri akademiya açılışına çox sevinirlər"

17:47 - 28 Fevral 2019

"İcra başçısı ilə görüşdüm. O da bu layihəyə çox sevindi. Köməyə hazır olduğunu bildirdi. Tovuzda azarkeşlər, şəhər sakinləri çox şad olublar ki, futbol akademiyası açılacaq. Belə diqqətə görə sevinirlər. Görüləcək işlərlə bağlı sənədləri hazırlayırıq və AFFA buna görə maliyyə ayıracaq".

 

Bu sözləri Birinci divizionda mübarizə aparan "Turan Tovuz"un Müşahidə Şurasının sədri Oqtay Abdullayev Sportal.az saytına açıqlamasında deyib.

 

Klub rəsmisi komandanın I Diviziondakı zəif çıxışı ilə bağlı heyətin üzvləriylə görüşdüyünü deyib:

 

"Komanda ilə görüşdüm və hər kəslə söhbət etdim. Futbolda udmaq və uduzmaq olar. "Neftçi-2" ilə oyunda 1:5 hesablı yenilgi oldu və bu, komandanın adına yaraşmır. Futbolçularla çox danışdım. Son nəticələr heç də yaxşı deyil. Heyətin 90 faizi tovuzlu uşaqlardı, hamısı da cavan. Oynamaq lazımdır, indidən əl-qollarını salıblar aşağı. Azərbaycan futbolunun əsası elə Tovuzdandır. "Zaqatala" ilə səfər görüşündə yaxşı oyun nümayiş etdirmələrini istədim".

Xəbər xətti