Polşada 20 yaşadək futbolçular arasında keçirilmiş dünya çempionatının ən yaxşıları açıqlanıb.
Sportal.az xəbər verir ki, İspaniya "Valensiya" klubunda çıxış edən Cənubi Koreya millisinin üzvü Li Kanqiin turnirin ən yaxşı futbolçusu seçilib.
Madridin "Real" klubunun və turnirin qalibi olan Ukrayna milli komandasının qolkiperi Andrey Lunin çempionatın ən yaxşı qapıçısı seçilib.
Yarışda 9 qol vuran Norveç millisinin üzvü Erling Haland "Qızıl buts" mükafatına sahib çıxıb. Avstriyanın "Zalsburq" klubunda çıxış edən 18 yaşlı hücumçu bütün qolları Hondurasla matçda (12:0) vurub.
DÇ-2019-da Ukrayna çempion, Cənubi Koreya 2-ci, Ekvador 3-cü olub.
saytlarin hazirlanmasi