Siyasi səbəbdən gərgin münasibətləri olan Şimali və Cənubi Koreya yığmaları DÇ-2022-nin seçmə mərhələsində üz-üzə gəlib.
Sportal.az xəbər verir ki, Şimali Koreyanın paytaxtı Pxenyanda keçirilən oyun qolsuz heç-heçə ilə yekunlaşıb.
Bu qarşılaşmanı heç bir televiziya canlı yayımlamayıb. Bundan əlavə, cənubi koreyalı azarkeşlər və jurnalistlərə stadiona giriş olmayıb.
Şimali Koreya Cənubi Koreya millisinin Pxenyana birbaşa uçuşuna icazə verməyib. Cənubi Koreya yığması əvvəlcə Çinin paytaxtı Pekinə, sonra isə Pxenyana yollanıb.
saytlarin hazirlanmasi