"Turan Tovuz" Azərbaycan kubokunda iştirak etməkdən imtina edib.
Sportal.az-a açıqlamasında klubun idman direktoru Nadir Nəbiyev bunun səbəbini açıqlayıb:
"Komandaya rayonda evlər tutmuşuq. Stadionumuz yoxdur. Kubokda kimlə düşəcəyimizi də bilmirik. Lap ilk mərhələni keçdik, sonra nə baş verəcəyi də məlum deyil. Stadion hazır deyil, qeyri-müəyyən duruma görə kubokdan imtina etdik. Başqa səbəb yoxdur".
"Turan Tovuz"la yanaşı, MOİK də ölkə kubokunda yarışmayacaq.
saytlarin hazirlanmasi